Türkiyədə ölən hərbçilərin sayı 11-ə çatdı
17 avqust 2011 19:32 (UTC +04:00)

Türkiyədə ölən hərbçilərin sayı 11-ə çatdı

0
B gün Türkiyənin Hakkari vilayətinin Hakkari-Çukurca yolunun 15-ci kilometrliyində hərbi konvoyun minaya düşməsi nəticəsində ölən hərbçilərin sayı 11-ə çatıb.


Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilkin məlumatlarda 1 əsgərin şəhid olduğu bildirilsə də, ölənlərin sayının artdığı məlum olub. Son məlumata görə, partlayış nəticəsində şəhid olan türk əsgərlərin sayı 8-ə yüksəlib. 11 hərbçi isə ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçilərdən 3-ün həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, şəhid olanların sayı 11-ə çatıb.

Hakkaridə törədilən başqa bir terror aktında isə 1 qoruyucu şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar