Göygöldə dəhşətli qəza: avtomobilə çırpılan camış şüşədən içəri girdi
0
0
Göygöl rayonunda, Göygöl-Gəncə yolunda ölümlə nəticələnən qəribə yol nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, avqustun 18-də saat 05 radələrində 1988-ci il təvəllüdlü Əmirxanov Xəyal Natiq oğlunun idarə etdiyi “VAZ 2107”-nin qarşısına qəfildən camış çıxıb.
Nəticədə yüksək sürətlə hərəkət edən avtomobil heyvanı vurub. Zərbədən heyvanın bədəninin bir hissəsi maşının ön şüşəsindən içəri daxil olub. 23 yaşlı sürücü isə hadisə yerində ölüb. Qəza nəticəsində tamamilə yararsız vəziyyətə düşən avtomobil isə yol kənarına çıxaraq aşıb.
Faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA