Bakının mərkəzində dəhşətli yanğın
18 avqust 2011 10:55 (UTC +04:00)

Bakının mərkəzində dəhşətli yanğın

0
Avqustun 18-nə keçən gecə Bakıda güclü yanğın hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən “Maşr” səhmdar cəmiyyətində - keçmiş “26-lar” zavodundakı tikinti materialları anbarı tamamilə yanıb. Yanğın təxminən 600 kvadrat metr sahəni əhatə edib.

Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib. Alovun yaxınlıqdakı “Olimpik Star” istirahət-əyləncə mərkəzinə keçməsinin qarşısı alınıb. Həmçinin yaxınlıqdakı evlər mühafizə olunub.

Faktla əlaqədar araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar