Bakıda polis maşınını vurdular: serjant ağır yaralandı
0
0
Avqustun 17-də Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Binəqədi rayon hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Binəqədi şossesində “VAZ 2106” markalı avtomobil PPX-yə məxsus “Fiat Dablo”ya çırpılıb.
Məlumatda bildirilir ki, “VAZ 2106” polislərin olduğu maşına arxadan çırpılıb. Nəticədə polis serjantı Cahid Məmmədov ağır xəsarət alıb. O, təcili olaraq Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalına yerləşdirilib.
Faktla əlaqədar Binəqədi RPİ-də araşdırma aparılır.