Türkiyədə 3 həmyerlimiz fırıldaqçının qurbanı oldu
18 avqust 2011 12:18 (UTC +04:00)

Türkiyədə 3 həmyerlimiz fırıldaqçının qurbanı oldu

0
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, avqustun 6-da internetdə “Antalyada oteldə animasiyaçı axtarılır” elanını oxuyan Mehdi Məmmədzadə, Gündüz Əzimov və Ceyhun Əzimov elanın sahibi ilə telefonla danışdıqdan sonra Azərbaycandan Antalyaya gedib.

İşə qəbul etmək üçün həmyerlilərimizdən adambaşına 420 dollar istəyən İsgəndər adlı şəxs onlardan 600 dollar beh aldıqdan sonra görüş yerindən ayrılıb.

Gecəni məscidin həyətində keçirən həmyerlilərimiz bunun ardınca alladıldıqlarını anlayaraq, polisə müraciət ediblər.

Polis İsgəndər adlı şəxsin həmyerlilərimizdə olan telefon nömrəsini araşdıraraq, onun İsmayıl A. adlı şəxs olduğunu müəyyənləşdirib.

Dələduzluq edən türk məhkəməyə çıxarıldıqdan sonra sərbəst buraxılıb. İş vədiylə alladılan həmyerlilərimiz isə Azərbaycana geri göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar