Rahim Namazovun atası: “Başımı relsin üstünə qoyaram...” - MÜSAHİBƏ
0
0
Araşdırmalarda adı hallanan Rahim Namazovun atası Tofiq Namazov redaksiyamızla əlaqə saxlayaraq, məsələdə oğlunun adının hallanması ilə bağlı bəzi fikirlərini bölüşdü.
T.Namazov bizimlə söhbətində oğlunun bu məsələdə adının hallanmasından təəssüfləndiyini bildirdi.
«O, burda özünə iş tapa bilmirdi. Dəfələrlə iş üçün Şəki şəhər icra hakimiyyətinə müraciət etmişdim ki, ona bir iş versinlər. İki uşağı vardı, yoldaşı da xəstə idi. Mən həkimlərin səhlənkarlığı ucbatından 25 yaşında bir oğlumu itirmişəm. Elə özüm də istəyirdim ki, mühacirətə getsin. Həm yoldaşı müalicə olunsun, həm də uşaqlarına bir təhsil verə bilsin».
Tofiq Namazovun dediyinə görə, Rahim Fransaya viza ilə gedib. Yerli hakimiyyət orqanlarına müraciət edib ki, Azərbaycanda onu incidirlər, üstəlik üç dəfə məhkum da olunub. Artıq bir ildir ki, Fransadadır. Uşaqlarını oxudur.
- Orda nə işlə məşğul olur?
- Heç bir işlə. Dil öyrənir. Fransa hökumətinin hesabına yaşayır. İndi yazırlar ki, guya oğlum da Hədiyyə kimi Fransaya erməni adı altında adamlar aparır. Vallah, hamısı yalandır. Biz Hədiyyə adlı adam tanımırıq. O Hədiyyə kimdirsə maklerdir. Oğlum da onun qurbanlarından biri ilə təsadüfən tanış olub. Həmin adam, Vüqar adlı şəxs Şəki-Bakı avtobus reysində sürücü işləyirdi. Oğlum onu təsadüfən görüb, o da deyib ki, aldadılaraq bura gətirilib. Hələ üstəlik onu da deyib ki, burda, yəni Fransada xeyli adam var ki, Hədiyyə onları aldadıb ora gətirib ki, sığınacaq alacaqlar.
- Oğlunuzun dələduzluq üstə məhkum edildiyi düzdürmü?
- Belə bir məhkumluğu olub, amma onun heç bir günahı olmayıb. Əsl həqiqəti bilmək istəyirsinizsə, oğlumun özünü aldadıblar, ona atıblar.
- Bəs «Hakimiyyət» qəzeti onu niyə axtarır? Özü də reket jurnalist kimi…
- (Sözümüzü kəsir) Oğlumun cibində Əflatun Amaşovun imzaladığı vəsiqə var. O necə reket jurnalist ola bilər? Sadəcə «Hakimiyyət» qəzetinin o vaxtkı baş redaktoru ilə münasibətləri pis olub, o da oğlumu reket jurnalist kimi qələmə verib. Qəzetin sonrakı redaktoru ilə münasibətləri yaxşı idi...
- Zəng edir? Azərbaycana qayıtmaq istəmir ki?
- Zəng edəndə özünə də demişəm ki, buralara gəlmə. Heç özü də gəlmək istəmir. O ki qaldı yazılanlara, mən başımın relsin üstünə qoyaram, inanmaram ki, oğlum belə işlərlə məşğul olur.
Səbuhi Məmmədli