Yasamalda iki piyadanı maşın vurub: 2 ölü
19 avqust 2011 09:52 (UTC +04:00)

Yasamalda iki piyadanı maşın vurub: 2 ölü

0
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hüseyn Cavid prospekti ev 4-ün qarşısında “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada 1958-ci il təvəllüdlü Zeynalova Fəridə Yusif qızını vurub. Nəticədə 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Digər hadisə isə rayonun İnşaatçılar prospektində qeydə alınıb. “Hyundai” markalı avtomobil 1958-ci il təvəllüdlü Baxşəliyev Baxşəli Yadulla oğlunu vurub. Piyada yerindəcə keçinib.

Hər iki faktla əlaqədar Yasamal RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar