Təkər anbarı yandı
04 sentyabr 2011 22:13 (UTC +04:00)

Təkər anbarı yandı

0
Bu gün saat 20.30 radələrində Nərimanov rayonunda, “Ulduz” metro stansiyasının yaxınlığındakı təkər anbarında güclü yanğın başlayıb.

Bu barədə APA-ya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Məlumata görə, yağın geniş ərazini əhatə edib. Əraziyə 10-a yaxın yanğınsöndürmə maşını cəlb edilib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hazırda yanğının məhdudlaşdırılması üçün iş aparılır.

Yanğının başvermə səbəbi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar