Sabunçuda zəncirvari qəza: 7 avtomobil və bir avtobus toqquşub
05 sentyabr 2011 10:26 (UTC +04:00)

Sabunçuda zəncirvari qəza: 7 avtomobil və bir avtobus toqquşub

0
Sentyabrın 4-də Bakıda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun “Əzizbəyov” stansiyasından hava limanı istiqamətində gedən yolun Sabunçu dairəsi yaxınlığından keçən hissəsində 8 avtomobil toqquşub. Məlumata görə, “VAZ 2107” yüksək sürətlə hərəkət edərkən qəflətən idarəetməni itirib və maneəyə çırpılıb. Onun arxasınca gələn daha 6 avtomobil və sərnişin avtobusu isə qəzadan qurtula bilməyib və bir-birinə dəyib.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə saat 18 radələrində qeydə alınıb. Nəticədə “VAZ 2107”, “Kia”, “Hyundai”, “Opel”, 2 “Mercedes” və “Daevoo” markalı sərnişin avtobusu toqquşub. Qəza zamanı “VAZ 2107”-də olan 4 nəfər isə ağır xəsarət alıb. Bunlar 1984-cü il təvəllüdlü Rüstəmov Faiq İlham oğlu, 1986-cı il təvəllüdlü Əhədov Faiq Malik oğlu, 1989-cu il təvəllüdlü Zeynalova Nigar Şamil qızı və 1990-cı ildə anadan olmuş Quliyev Əflatun Ərəstun oğludur.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar