Qəddafinin oğlunun öldürüldüyü təsdiqləndi
05 sentyabr 2011 12:30 (UTC +04:00)

Qəddafinin oğlunun öldürüldüyü təsdiqləndi

0
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Milli Keçid Şurasının müdafiə nazirliyinin təmsilçisi Əhməd Bani deyib ki, 28 yaşlı Hamis Qəddafi avqustun 27-də Tarxun şəhəri ətrafındakı döyüşlərdə həlak olub və hazırda qızğın döyüşlərin getdiyi Ben-Valid şəhəri ətrafında basdırılıb.

Hamis Qəddafi Müəmmər Qəddafinin kiçik oğludur. O, Liviya ordusunda xüsusi təyinatlı 32-ci briqadanın komandiri olub. Hamis Qəddafi Tripolidə Hərbi Akademiyanı, daha sonra Soskvada Frunze adına Hərbi Akademiyanı bitirib.

Qeyd edək ki, Əhməd Bani Liviya xüsusi təhlükəsizlik xidmətinin rəhbəri Abdall Assenusinin oğlunun da öldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 679

Oxşar yazılar