Bakıda keçirilən toy yasa döndü
05 sentyabr 2011 13:30 (UTC +04:00)

Bakıda keçirilən toy yasa döndü

0
Sentyabrın 4-də Bakıda keçirilən toy məclislərindən birində bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Filiz” şadlıq sarayındakı məclisə qonaq gəlmiş 1962-ci il təvəllüdlü Osmanov Mətləb Çölü oğlu ölüb.

Rusiiya vətəndaşı olan və qonşu ölkədən toy mərasiminə qonaq gələn 49 yaşlı M.Osmanov oynadığı zaman qəfildən yıxılıb. Məlum olub ki, o elə yerindəcə keçinib. M.Osmanovun meyiti ekspertizaya göndərilib. İlkin ehtimala görə, o ürək tutmasından ölüb.

Qeyd edək ki, dünyasını dəyişmiş şəxs toy səbəbkarlarının yaxın qohumu imiş. Hadisədən sonra məclis bir qədər davam etdirilərək yekunlaşdırılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1203

Oxşar yazılar