“Azərelektroterm”-da genişmiqyaslı yanğın olub
05 sentyabr 2011 16:14 (UTC +04:00)

“Azərelektroterm”-da genişmiqyaslı yanğın olub

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda “Azərelektroterm” MMC-nin ərazisində 4000 kv.m açıq sahəyə yığılmış istehsalatda xammal kimi istifadə olunan yararsız avtomobil şinləri 2500 kv.m sahədə yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən bitişik sexlər yanğından mühafizə olunub, eyni zamanda, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Yanğın saat 07:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar