Günün tarixi
07 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
1822. Braziliyanın müstəqilliyini elan edib

1860. Haribaldi özünü İtaliyanın diktatoru elan edib

1911. Bolqar kommunist lideri Todor Jivkov anadan olub

1920. Bakıda Şərq xalqlarının I qurultayı başa çatıb

1953. Xruşşov SSRİ-nin rəhbəri seçilib

1956. BMT köləliyin və qul ticarətini qadağan edən qətnamə qəbul edib

1961. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov anadan olub

1986. Çili diktatoru Pinoçetə sui-qəsd zamanı 5 mühafizəçi ölsə də o, hadisədən salamat qurtarıb

1991. Ermənilərin Xocavənd rayonun rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqını nəticəsində kəndin 2 sakini öldürülüb

1991. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı həlak olub, 4 nəfər yaralanıb

1997. Zair diktatoru Mobutu Sese Seko vəfat edib. Ondan 6 milyard dollarlıq miras qalıb

2000. Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev Baş Assambleyanın iclasında çıxış edib. Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının – Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin zirvə görüşü keçirilib

2002. Azərbaycanla Tacikistan arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşıq haqqında Saziş imzalanıb

2006. BMT Baş Assambleyasının 60-cı sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamə qəbul edilib.

Günün aforizmi

“Böyük bir çayın ortasında öz qayığını devirən şəxs dəlidir”

Mobutu Sese Sekonun ən sevimli sitatı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar