Bərdədə ağır qəza: ana öldü, daha 5 ailə üzvü xəstəxanaya düşdü
0
0
Bərdə rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan İsmayılov Elşən İsmayıl oğlu idarə etdiyi “VAZ 2106” markalı 20 BK 626 dövlət qeydiyyat nişanlı avtomaşınla Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olarkən Əliyev Şakir Şahmalı oğlunun idarə etdiyi "Nissan Armada" markalı 10 OF 393 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2106” markalı avtomaşında olan sərnişin, Ağdam rayonundan məcburi köçkün, Gəncə şəhər yaşayan, 1958-ci il təvəllüdlü Əliyeva Balış Hüsü qızı aldığı bədən xəsarətlərindən Bərdə MRX-də ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər - 1954-cü il təvəllüdlü Əliyev Abış Hüseynqulu oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Samirə Abış qızı, 1978-ci il təvəllüdlü Əliyeva Elnurə Abış qızı, 1985-ci il təvəllüdlü Əliyeva Pəri Camal qızı, 2003-cü il təvəllüdlü İsmayılov Ərşad Rövşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə MRX-yə daxil olub. Fakta görə Bərdə RPŞ cinayət işi başlanıb.