Bacısı evinə getdi, meyitini gətirdilər
0
0
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan və Bakıda, 8-ci kilometr qəsəbəsindəki yarımçıq tikilidə məskunlaşmış 1972-ci il təvəllüdlü Rəsul Rəsulov Biləsuvara bacısı evinə qonaq gedib.
Məcburi köçkünlər üçün salınmış qəsəbədə bacısı evində təmir işlərinə kömək edən R.Rəsulov divara mismar vurarkən mismar divar səthin altındakı elektrik naqilinə dəyib. Nəticədə 39 yaşlı şəxsi elektrik cərəyanı vurub.
O hadisə yerində ölüb. Faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA