Bakıda 16 mərtəbəli binada yanğın olub, xeyli insan təxliyə edilib
13 sentyabr 2011 12:11 (UTC +04:00)

Bakıda 16 mərtəbəli binada yanğın olub, xeyli insan təxliyə edilib

0
Sentyabrın 12-də Azərbaycan paytaxtında yaşayış binasında yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 77 kv/m olan 3 otaqlı mənzildə 12 kv/m sahədə əşyalar yanıb, yüksək temperaturdan mətbəxin lambrindən ibarət tavanının yanar konstruksiyaları 9 kv/m sahədə əriyib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyə edilib, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar