İstintaq davam edir...
18 iyul 2012 07:40 (UTC +04:00)

İstintaq davam edir...

0
Jurnalist Elmar Hüseynovun qətlinin istintaqı nə yerdədir? “Media forum” saytı bu sualla Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayevə müraciət edib.

Arif Babayevin cavabı belə olub: “Elmar Hüseynovun qətli ilə bağlı açılan cinayət işi üzrə intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir, şahidlər dindirilir, baxış keçirilir”.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

1967-ci il iyulun 17-də Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar