Hərbi hissədəki yanğınla bağlı rəsmi məlumat
Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Sərhəd Qoşunlarına məxsus “N” saylı hərbi hissədə baş verən yanğınla bağlı birgə məlumat yayıb. APA-ya daxil olan birgə məlumatda bildirilir ki, bu gün saat 07.00 radələrində DSX-nin Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin anbarında yanğın olub. Hadisə yerinə baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, DSX-nin rəisi Elçin Quliyev və respublika hərbi prokuroru Xanlar Vəliyev gəlib.
Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gələn FHN-nin xüsusi dəstələri və texnikası, həmçinin aviatexnikası tərəfindən görülmüş tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb və az müddətdən sonra yanğın tam söndürülüb.
Hazırda baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Ana qızının toyunda infarktdan öldü
21 avqust 2025 , 13:19
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
21 avqust 2025 , 12:06
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi
21 avqust 2025 , 10:35Şəmkirdə zəhərlənənlərin sayı 24 nəfərə çatdı - YENİLƏNİB
21 avqust 2025 , 10:31
“Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı
21 avqust 2025 , 10:29