Sürücü yanan avtomobildən özünü atıb
19 iyul 2012 19:56 (UTC +04:00)

Sürücü yanan avtomobildən özünü atıb

0
Bu gün Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sürücü özünü avtomobildən ataraq xəsarət alıb.

Yaralı sürücü xəstəxanaya aparılıb. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar