Bakıda keçmiş universitet binasında intihar hadisəsi
27 iyul 2012 10:26 (UTC +04:00)

Bakıda keçmiş universitet binasında intihar hadisəsi

0
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağsu sakini, 1976-cı il təvəllüdlü Dadaşov Zaur Yaşar oğlu 2-ci Alatava ərazisindəki emalatxanada intihar edib. Həmin sexdə çalışan 36 yaşlı Z.Dadaşov özünü kəndirlə tavandan asıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, həmin sex “Azərpen” MMC-yə məxsusdur. Əvvəllər Naxçıvan Universiteti yerləşmiş binada içki butulkaları üçün qapaqlar istehsal olunurmuş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar