Iranda həbsdə olan şairlərin məhkəməsinin vaxtı bilindi
28 iyul 2012 21:27 (UTC +04:00)

Iranda həbsdə olan şairlərin məhkəməsinin vaxtı bilindi

0
İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu gün ailə üzvləri ilə görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, bu barədə İran tərəfi Azərbaycanın Tədbrizdəki baş konsulluğunu məlumatlandırıb.

Məlumata görə, görüşdə Azərbaycanın Təbrizdəki baş konsulluğunun nümayəndəsi də iştirak edib. Bundan iki gün əvvəl isə Təbrizdəki vitse-konsul Nəriman Orucəliyev şairlərlə görüşmüşüb.

Baş konsulluğuna verilən məlumata görə, şairlərin məhkəməsi avqustun 7-ə təyin olunub.

Şairlərin sözlərinə görə, onlar İrana icazəsiz gəlməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu il aprelin 29-da İrana getmiş şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də saxlanılıblar.

Onların həbsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi İrana 5 dəfə nota verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar