İstirahət günlərində 8 nəfər bədbəxt hadisənin qurbanı olub
İstirahət günlərində Azərbaycanın müxtəlif yerlərində baş vermiş bədbəxt hadisələr nəticəsində xeyli insan ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisələr həm paytaxtda, həm də ölkənin müxtəlif rayonlarında qeydə alınıb.
Yevlax rayonunun "Şirvan" kanalının Xanabad kəndinin ərazisindən keçən hissəsində, Mingəçevir şəhər sakini Anar Rüstəmov çimərkən suda boğulub. A.Rüstəmovun meyiti sudan çıxarılıb.
Şəki şəhəri ərazisində, Kiş kənd sakini Azər Hacmurullayev Qoxmuq kənd sakini Elxan Novruzovun idarə etdiyi "MTZ-80" markalı traktorun qoşqusundan yıxılaraq təkərin altında qalması nəticəsində ölüb.
Füzuli rayonunun 1-ci Mahmudlu kənd sakini 5 yaşlı Səid Məmmədov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Zaqatala rayonunun Yuxarı Çardaxlı kəndi ərazisində, kənd sakini Vahid Ramazanov arı vurması nəticəsində dünyasını dəyişib.
Saatlı rayon sakini Fərhad Əliyevin evində, qonağı Bakı şəhər sakini Namiq Dərgahov günvurmadan ölüb.
Bakının Nizami rayonu ərazisində, şəhər sakini Seyran Axundov açıq qalmış kanalizasiya quyusuna yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Axundovun həyatını xilas etmək mümkün olmayıb.
Bakının Xəzər rayonu ərazisindəki avtoyuma məntəqəsində, orada işləyən Mütəllim Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində, Ağcabədi rayon sakini Mehman İsmayılov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oxşar yazılar

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI
21 avqust 2025 , 15:23
Ana qızının toyunda infarktdan öldü
21 avqust 2025 , 13:19
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
21 avqust 2025 , 12:06
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi
21 avqust 2025 , 10:35Şəmkirdə zəhərlənənlərin sayı 24 nəfərə çatdı - YENİLƏNİB
21 avqust 2025 , 10:31