İki gənc dənizdə boğuldu
30 iyul 2012 23:43 (UTC +04:00)

İki gənc dənizdə boğuldu

0
Lənkəranda iki nəfər Xəzər dənizində batıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 30-da axşam saatlarında şəhərin dəmiryol vağzalının yaxınlığında - dənizin nəzarət olunmayan ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin və dalğıclarının səyləri nəticəsində 13-14 və 17-18 yaşlarında iki oğlanın cəsədi dənizdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə gətirilib.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən batan gənclərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar