Oğuzda ağır qəza: 2 ölü
03 avqust 2012 10:15 (UTC +04:00)

Oğuzda ağır qəza: 2 ölü

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sincan kəndində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü Qasımova Kəmalə Alik qızı və kimliyi məlum olmayan bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq sıxılmış vəziyyətdə qalıblar.

Nazirliyin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb edilib, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və aldığı bədən xəsarətlərindən hadisə yeridə vəfat etmiş sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

K.Qasımova xəstəxanaya aparılarkən ölüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1007

Oxşar yazılar