Tural Qəmbərov
28 yanvar 2021 10:39 (UTC +04:00)

Tural Qəmbərov

10 evdən oğurluq edən tutuldu - FOTO

Abşeron rayonu, Saray qəsəbəsində silsilə oğurluqlar edən saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, qəsəbə ərazisində 2 evdən ümümilikdə 8515 manat və 12655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanıb. Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

# 1215
avatar

Mehman Nəbiyev

Oxşar yazılar