Saxlanılan turistlər
16 avqust 2022 16:27 (UTC +04:00)

Saxlanılan turistlər

10 şri-lankalı turist Füzulidə SAXLANILDI

Əcnəbi vətəndaşlar qanunsuz yolla Azərbaycandan İrana keçmək istəyiblər.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 12-də saat 22 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonu, Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

İlkin araşdırma zamanı əcnəbilərin iyulun 25-i və 29-da Azərbaycana turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdiriib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2910
avatar

Mehman Nəbiyev

Oxşar yazılar