19 yaşlı hamilə qadın xəstəxanada öldü
03 dekabr 2022 20:57 (UTC +04:00)

19 yaşlı hamilə qadın xəstəxanada öldü

Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən aqonal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.
 

# 3171
avatar

Oxşar yazılar