2 kuryerdən 13 kiloqram narkotik götürüldü-FOTO
10 iyun 2023 08:46 (UTC +04:00)

2 kuryerdən 13 kiloqram narkotik götürüldü-FOTO

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov rayon ərazisində saxlanılıblar. 

Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb.

Aparılan araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
 

# 1542
avatar

Oxşar yazılar

Boğulan uşaq sudan çıxdı, köməyə gələn  qardaşı öldü

Boğulan uşaq sudan çıxdı, köməyə gələn qardaşı öldü

12 iyun 2024 , 18:03
Sel Laçında fəsadlar törətdi - BİRGƏ MƏLUMAT

Sel Laçında fəsadlar törətdi - BİRGƏ MƏLUMAT

12 iyun 2024 , 16:06
Bank kartını oğurlayıb pulları çıxartdı

Bank kartını oğurlayıb pulları çıxartdı

12 iyun 2024 , 13:42
Bakıda mağazadan saatlar oğurlandı

Bakıda mağazadan saatlar oğurlandı

12 iyun 2024 , 13:16
Kəndin oğlanları 15 yaşlı qızı döydülər

Kəndin oğlanları 15 yaşlı qızı döydülər

12 iyun 2024 , 12:50
Ucqar kəndin musiqi məktəbində 1 milyonluq YEYİNTİ

Ucqar kəndin musiqi məktəbində 1 milyonluq YEYİNTİ

12 iyun 2024 , 12:26
Ev quşlarını və 700 kilo kartofu  oğurladı

Ev quşlarını və 700 kilo kartofu oğurladı

12 iyun 2024 , 11:58
Bakıda idman arenasından 30 minlik OĞURLUQ

Bakıda idman arenasından 30 minlik OĞURLUQ

12 iyun 2024 , 11:45