Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ:  Finlandiyada kabel QALMAQALI
09 sentyabr 2026 10:33 (UTC +04:00)

Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI

0

Finlandiyada sualtı kabellərin zədələnməsi işi üzrə aralarında azərbaycanlının da olduğu dənizçilərin məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, azərbaycanlı bosman ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” yük gəmisini rusiyalı kapitanı da həmçinin rədd edib.

Finlandiya prokurorluğu 2025-ci ilin dekabrında Finlandiya körfəzində kabellərin zədələnməsi ilə bağlı “Fitburg” gəmisinin rusiyalı kapitanına və Azərbaycan vətəndaşı olan bosmana ittiham irəli sürüb. İşə Helsinki dairə məhkəməsində baxılır. Prokurorlar kapitan üçün azı 2,5 il həbs cəzası tələb ediblər.

Gəminin kapitanı bildirib ki, limandan çıxmazdan əvvəl, ya da gəminin hərəkəti zamanı onun tərəfindən qəsdən və ya səhlənkarlıq nəticəsində hər hansı hərəkətə yol verilməyib.

Rusiyalı kapitanın vəkili daha əvvəl bildirib ki, Finlandiyanın bu işə baxmaq üçün yurisdiksiyası yoxdur. Onun sözlərinə görə, dəniz hüququ haqqında konvensiyaya əsasən, belə işə ya gəminin bayrağı altında üzdüyü ölkədə, ya da şübhəlinin vətəndaşı olduğu ölkədə baxılmalıdır.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Finlandiya hakimiyyəti Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” yük gəmisini saxlayıb.

Hadisə zamanı gəminin ekipajı Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olmaqla 14 nəfərdən ibarət olub.

Bosman istintaqın əvvəlində həbs edilib, mart ayında isə azadlığa buraxılıb. Şübhəli bilinən üç Rusiya vətəndaşına isə ölkəni tərk etmək qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar