217 nəfərin pulunu mənimsəyən "Piramida Dələduzları"na AĞIR CƏZA
13 mart 2024 17:25 (UTC +04:00)

217 nəfərin pulunu mənimsəyən "Piramida Dələduzları"na AĞIR CƏZA

"OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədova isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.

Müəyyən edilib ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

# 3147
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda kişi binadan özünü atmaq istədi  - VİDEO

Bakıda kişi binadan özünü atmaq istədi - VİDEO

11 may 2024 , 23:59
Goranboyda minik və yük maşınları toqquşub, ölən var

Goranboyda minik və yük maşınları toqquşub, ölən var

11 may 2024 , 23:16
Milyonçu qadın  özünü öldürdü:   Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

11 may 2024 , 21:49
Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56