3 ay əvvəl evlənmişdilər ard-arda öldülər
12 dekabr 2025 18:14 (UTC +04:00)

3 ay əvvəl evlənmişdilər ard-arda öldülər

0

Türkiyədə yeni evlənən cütlük yol qəzasında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, dekabrın 8-də Ankara-Eskişehir yolunda baş verib.

Mert Özsüzün idarə etdiyi avtomobil iri yük avtomobili olan TIR-a çırpılıb. Zərbədən sonra avtomobil bir neçə dəfə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sürücünün 3 ay əvvəl evləndiyi İrem Özsüz və daha 2 sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Lakin görülən tədbirlərə baxmayaraq, İrem Özsüz də bu gün xəstəxanada keçinib.

Qəza ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar