Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.
Lent.az-ın sorğusuna Mərkəzi Neftçilər Xəstəxanasının mətbuat xidmətindən verilən məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalır:
"Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Zaur Rzayevin vəziyyəti kritik ağır qiymətləndirilir".
Xatırladaq ki, Zaur Rzayev sentybarın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Bir neçə həftə sonra xəstəxanadan evə buraxılıb.
Oktyabrın 14-də onun vəziyyəti yenidən pisləşib və xəstəxanaya yerləşidirlib.