Salyanda AİLƏ DRAMI:   anasını öldürdü, atasını və gəlinini yaraladı - YENİLƏNİB
27 oktyabr 2026 16:40 (UTC +04:00)

Salyanda AİLƏ DRAMI: anasını öldürdü, atasını və gəlinini yaraladı - YENİLƏNİB

0

Oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

14:00

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1258

Oxşar yazılar