Mingəçevirdə qanunsuz kafe
22 aprel 2021 09:32 (UTC +04:00)

Mingəçevirdə qanunsuz kafe

3 çay evində karantini belə pozdular -FOTOLENT

Mingəçevir şəhərində karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən, eləcə də müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Travel” və “Çempion” çay evlərinin sanitar-epidemioloji normaları pozaraq, gecə saat 12-dən sonra işlədiyi məlum olub. Həmin obyektlərin icarədarları–Nizami Mustafayev və Razi Əliyev, eləcə də 7 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə çay evlərini işlədənlər barəsində müvafiq qərar qəbul olunub.

Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə “3D” çay evində müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yaradıldığı məlum olub. Həmin obyektə baxış keçirilib və icarədar Nurlan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2212

Oxşar yazılar

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

19 iyun 2025 , 17:30
ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

19 iyun 2025 , 17:23
Nəcməddin Sadıkovun dindirilməsi istənildi  - “Şlyapa Zahid”in məhkəməsi

Nəcməddin Sadıkovun dindirilməsi istənildi - “Şlyapa Zahid”in məhkəməsi

19 iyun 2025 , 16:19
Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57