3 uşaq anası azərbaycanlı həkimin əlində öldü
25 mart 2024 17:35 (UTC +04:00)

3 uşaq anası azərbaycanlı həkimin əlində öldü

Türkiyədə qadın əməliyyatdan sonra ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 uşaq anası olan 42 yaşlı Ahu Gültəkin 9 saatlıq estetik əməliyyatından sonra dünyasını dəyişib.

Məlumata görə, qadın hadisədən 1.5 ay əvvəl narkoz qəbul edərək 10 diş implantı etdirib. Daha sonra o, martın 22-də estetik əməliyyat üçün razılaşıb. Ancaq qadını martın 11-i üçün əməliyyata salacaqlarını deyiblər. Mərhumun qardaşı Mustafa Gültəkinin iddiasına görə, 3 saatlıq əməliyyat 9 saata yekunlaşıb. Qadın əməliyyatdan dərhal sonra ayaqyoluna getmək istəyib və yolda yıxılıb. Reanimasiyaya yerləşdirilən xəstə 5 gün sonra ölüb.

Qardaşının sözlərinə görə, əməliyyata professor doktor İ.Ö. girməli olsa da, onun asistanı F.G. prosesi həyata keçirib. Həmin asistanın azərbaycanlı olduğu bildirilir.

Mustafa Gültəkinin sözlərinə görə, bacısına 1.5 ay ərzində ikinci narkozun verilməsi onun ölümünə səbəb olub. Belə ki, ikinci narkozdan sonra qadının ürəyi dayanıb.

3 uşaq anası olan mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından sonra Sivasda torpağa tapşırılıb.

Hazırda ailəsinin şikayəti əsasında prokurorluq araşdırmalara başlayıb.

# 6876
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

9 may 2024 , 10:26
Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

9 may 2024 , 09:35
Qubada çörək sexi YANDI

Qubada çörək sexi YANDI

8 may 2024 , 23:27