Deputatın başına  qatıq tökdülər   - Parlamentin qarşısında qalmaqal -VİDEO
18 noyabr 2026 13:24 (UTC +04:00)

Deputatın başına qatıq tökdülər - Parlamentin qarşısında qalmaqal -VİDEO

0

Serbiyada yeni seçilmiş deputatların andiçmə mərasimi ərəfəsində parlament binası qarşısında qalmaqallı hadisə baş verib. Keçmiş prezident Aleksandar Vuçiçin tərəfdarı olan qadın deputat Lidiya Vukiçeviç etirazçıların hücumuna məruz qalıb. Etirazçılardan biri onun başına qatıq töküb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni deputatların and içəcəyi ilk parlament iclasından əvvəl Milli Məclisin qarşısında etiraz aksiyası təşkil olunub.

Parlament binası qarşısına toplaşan etirazçılar “Tələbə Siyahısı” hərəkatının nümayəndələrini alqışlarla qarşılayıb, əvvəlki hakim koalisiyanın üzvlərinə isə fit çalaraq etiraz ediblər.

Serbiya Tərəqqi Partiyasından  deputat seçilən, eyni zamanda tanınmış kino aktrisası olan Lidiya Vukiçeviç də etirazçıların hədəfinə çevrilib. Vətəndaşlardan biri onun başına qatıq töküb.

Vukiçeviç pilləkənlərdə saçına tökülən qatığı salfetlə təmizləməyə çalışıb. Daha sonra ətrafdakıların fit səsləri altında parlament binasına daxil olub.

Hadisədən sonra jurnalistlərə açıqlama verən deputat baş verənlərdən sarsıldığını bildirib.

“Özümü çox pis hiss edirəm, çünki mənə hücum edənlər serblər idi. Bütün həyatımı və karyeramı Serbiyaya, xalqımıza həsr etmişəm. İnsanları sevindirmək üçün əlimdən gələni etmişəm. Bu gün elə bir vəziyyət yaranıb ki, Milli Məclisin qarşısında belə özümüzü təhlükəsiz hiss edə bilmirik. Əgər burada təhlükəsiz deyiliksə, harada ola bilərik?” – deyə o bildirib.

“Belə kobudluq və tərbiyəsizlik qarşısında deməyə söz tapa bilmirəm”, – deyə deputat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar