5 prokuror vəzifədən,  6-sı orqandan   xaric edilib
28 yanvar 2026 16:06 (UTC +04:00)

5 prokuror vəzifədən, 6-sı orqandan xaric edilib

0

2025-ci ildə 25 prokuror intizam məsuliyyətinə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ildə görülən işlərə dair kollegiya iclasında bildirilib.

Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib. 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar