Bu fotonun rəsmi binada görünməsi Tramp administrasiyasının Kreml ilə birbaşa əlaqələr qurmaqda irəliləyiş nümayiş etdirmək istəyini açıq şəkildə vurğulayır.
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə çəkilmiş fotosu Ağ evdə ortaya çıxıb.
Lent.az bildirir ki, bu barədə PBS News müxbiri Liz Landers məlumat verib.

Jurnalist aydınlaşdırıb ki, foto Trampın 2025-ci ilin avqustunda Alyaskada Putinlə görüşü zamanı çəkilib. O, həmçinin qeyd edib ki, bu foto əvvəllər Ağ evdə görünməyib.
Landers qeyd edir ki, bu addım prezidentin şəxsi diplomatik səylərini vurğulamaq strategiyasının bir hissəsidir.

Ağ ev administrasiyası hələlik bu şəklin görünməsi ilə bağlı rəsmi şərh verməyib.