Serialda 3 qadın hamilə qaldı,  heç biri ərindən deyil  - Ölkə ayağa qalxdı
28 yanvar 2026 13:41 (UTC +04:00)

Serialda 3 qadın hamilə qaldı, heç biri ərindən deyil - Ölkə ayağa qalxdı

0

NOW TV-də yayımlanan “Kıskanmak” serialında üç qadın obrazın öz ərlərindən başqa kişilərdən hamilə qalması ilə bağlı səhnələr ekrana verilib. Bu kadrlara tamaşaçılar  böyük reaksiya verib və serial qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, serialın son bölümlərində nümayiş olunan ailədaxili münasibətlər və əxlaqi baxımdan mübahisəli süjet xətləri ictimai narahatlığı daha da artırıb. Bir çox izləyici bu səhnələrin Türkiyənin ailə dəyərlərinə zərər verdiyini iddia edərək tənzimləyici qurumları tədbir görməyə çağırıb.

İki qardaş bir-birinin həyat yoldaşını hamilə qoyur

Serialın hekayəsinə görə, Halitin həyat yoldaşı Mükerrem onun qardaşından hamilə qalır. Digər tərəfdən, Nüzhetin həyat yoldaşı Nalanın da Nüzhetin böyük qardaşı Halitdən hamilə olduğu səhnələr tamaşaçıların diqqətini çəkib.

Şükran evin sürücüsündən hamilə qalır

Bundan əlavə, uzun müddət ərindən uşaq sahibi ola bilməyən Şükranın ailəyə məxsus malikanənin sürücüsündən hamilə qalması da reaksiyaları gücləndirən əsas məqamlardan biri olub.

NOW TV'de yayınlanan 'kıskanmak' dizisi izleyiciyi isyan ettİ

“Allahım, sənə şükürlər olsun” ifadəsi etirazları artırıb

Xüsusilə Mükerrem obrazının atalıq testindən sonra sevgilisindən hamilə olduğunu öyrənərkən “Allahım, sənə şükürlər olsun” deməsi sosial mediada böyük narazılıq yaradıb. Bu səhnədən sonra çoxsaylı tamaşaçı paylaşım edərək serialın cəmiyyətin mənəvi dəyərlərinə zidd olduğunu bildirib və RTÜK-ün müdaxilə etməsini tələb edib.

NOW TV'de yayınlanan 'kıskanmak' dizisi izleyiciyi isyan ettİ

Serialın aktyor heyətində tanınmış simalar yer alır

“Kıskanmak” serialının aktyor heyətində Özgü Namal, Selahattin Paşalı, Mehmet Günsür, Hafsanur Sancaktutan, Beril Pozam, Hande Doğandemir, İpek Tuzcuoğlu, İştar Gökseven, Rozet Hubeş, Cem Uslu, Dilara Aksüyek, Lila Gürmen, Zeynep Yüce və Ayda Aksel kimi tanınmış sənətçilər yer alır.

Serial ətrafında yaranan müzakirələrin yaxın günlərdə də davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar