Məşhur repçi “Blok3
28 yanvar 2026 10:14 (UTC +04:00)

Məşhur repçi “Blok3

Məşhur repçi “Blok3”ə BÖYÜK ŞOK: “Onun arxasında kim var?”

0

Məşhur rep ifaçısı Blok3 pərəstişkarlarını təəccübləndirən bir hadisə ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin sevilən mahnılarından “Kusura Bakma” Spotify platformasından silinib. Bu məsələ qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub və Blok3 gecikmədən sərt açıqlama verib.

Qeyd edək ki, Spotify müğənninin “Obsesif” albomunu və bir çox mahnısını “saxta müəllif hüququ bildirişi” iddiası ilə platformadan çıxarıb. Məşhur repçi şəxsi sosial media hesabından mövzu ilə bağlı açıqlama verərək olduqca sərt ifadələr işlədib.

“Mənimlə nə qədər istəsəniz mübarizə, heç nə dəyişməyəcək”

Məşhur müğənni açıqlamasında belə deyib:

“Obsesif albomu tamamilə silinib. Daha beş-on mahnım da silinib. Yəni ümumilikdə kifayət qədər mahnım saxta iddia ilə silinib. Deyəsən, mənim e-mailimi oğurlayıblar. Hazırda araşdırmanı davam etdirirəm. Bu işin arxasında kim var, kim yoxdur, kim ortaya çıxacaq? Hamı bilsin ki, mənimlə nə qədər istəsəniz mübarizə aparın, nə qədər istəsəniz, heç nə dəyişməyəcək. Xəbəriniz olsun. Bunu edən şəxs və ya şəxslər, onların arxasında duranlar – hamısını tapacağam. Yanlış anlaşılmasın, məhkəmə prosesi boyunca hər kəs etdiklərinin hesabını ödəyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar