Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.