50 il əvvəl 5 yaşlı qızı zorlayan  70 yaşlı pensiyaçı tutuldu
27 iyun 2025 11:38 (UTC +04:00)

50 il əvvəl 5 yaşlı qızı zorlayan 70 yaşlı pensiyaçı tutuldu

Moskvada təxminən 50 il əvvəl beş yaşlı qıza təcavüz edən 70 yaşlı təqaüdçü həbs edilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həmin şəxs cinayəti 22 yaşında törədib.

Bildirilir ki, cinayət 1977-ci ilin aprelində baş verib.Daha sonra o, Fomiçeva küçəsində bir qızla tanış olub və onu aldadıb. Faktla bağlı cinayət işi açılsa da, bir il sonra, 1978-ci ilin martında istintaq dayandırılıb. 

Müasir texnologiya sayəsində əməliyyatçılar bu işdə sübutlar toplayaraq cinayəti törədənin şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, o, hələ də azadlıqdadır və “Planernaya” metrostansiyasının yaxınlığında yaşayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar