52 yaşlı oğul anasından inciyib özünü GÜLLƏLƏDİ
06 mart 2024 11:22 (UTC +04:00)

52 yaşlı oğul anasından inciyib özünü GÜLLƏLƏDİ

Rusiyanın Moskva şəhərində oğul 71 yaşlı anasından qisas almaq qərarına gəlib və tapança ilə başına atəş açıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, təqaüdçü mətbəxdə noutbukunda vaxt keçirərkən 52 yaşlı oğlu həmin an kompüter oyunu oynamaq istəyib və qalmaqal yaradıb, daha sonra otağına çəkilib. Qadın onun sakitləşdiyini düşünüb. Lakin kişi tapançasını çıxarıb, başına atəş açıb və huşunu itirib.

Ancaq qulaqcıqla seriala baxan təqaüdçü atəş səsini belə eşitməyib. O, yalnız bir neçə saat sonra dəhşətli mənzərəni görüb. Yaşlı ana dərhal təcili yardım çağırıb və zərərçəkən xəstəxanaya yerləşdirilib. Hazırda kişinin həyatı və sağlamlığı üçün təhlükə yoxdur. O, psixiatriya palatasında həkimlərin nəzarəti altındadır.

Yerli sakinlərin sözlərinə görə, oğulla ana arasında mübahisələr mütəmadi olaraq baş verir. Çox vaxt fikir ayrılıqları kişinin alkoqoldan asılılığı səbəbindən baş verir.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və məlum olub ki, zərərçəkmişin şəxsi yaşayış sahəsi olsa da, anası ilə yaşamağa üstünlük verir.

# 2871
avatar

Oxşar yazılar

Qazaxda sərhədçimiz minaya düşdü

Qazaxda sərhədçimiz minaya düşdü

29 aprel 2024 , 12:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı

Nazim Bəydəmirlinin məhkəməsi başladı

29 aprel 2024 , 12:31
Dünyada selfi çəkərkən  ölənlərin sayı   400-ə çatır

Dünyada selfi çəkərkən ölənlərin sayı 400-ə çatır

29 aprel 2024 , 11:11
Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

29 aprel 2024 , 10:48
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

29 aprel 2024 , 10:40
Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü  -FOTO -YENİLƏNİB

Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü -FOTO-YENİLƏNİB

29 aprel 2024 , 06:55
Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

29 aprel 2024 , 04:39
Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39