Karate ustası aqressiv ayı ilə döyüşdü -  VİDEO
29 aprel 2024 09:25 (UTC +04:00)

Karate ustası aqressiv ayı ilə döyüşdü - VİDEO

Qəzəbli ayı yaponu parçalaya bilərdi, ancaq ildırım sürətində hərəkət edib və heyvanı qorxudub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Hokkaydonun şimal adasındakı Naero şəhərində 50 yaşlı karate məşqçisi Masato Fukuda az qala iki qonur ayının qurbanı olsun.

Lakin o, peşəkarlığı və bacarığı sayəsində bir neçə güclü zərbə ilə heyvanlardan birini zərərsizləşdirə bilib. Yerli polisin məlumatına görə, Fukuda yerli əlamətdar yerə - şəlaləyə baş çəkmək niyyətində olub.

Yerli vaxtla təxminən səhər saat 10:30-da yolda olarkən təsadüfən iki qonur ayının başlarını kolların arasından çıxardığını görüb.

Ayılardan biri kişiyə hücum etməyə çalışsa da, Masato tez qərara gəlib ki, öz həyatını xilas etmək üçün karate bacarığından istifadə etməyin vaxtı çatıb. Yapon karate məşqçisi ayının üzünə iki dəfə təpiklə vurub və nəticədə heyvan geri çəkilməyə məcbur olub.

Kişi qeyd edib ki, yırtıcılardan birini qorxutmağı bacarsa da, digəri əvvəlcə təhdidedici görünərək uzaqda qalıb. Ancaq ayı heç vaxt yaxınlaşmağa cəsarət etməyib. Qorxmuş Fukuda maşınına qayıdıb və heyvanlardan birinin dönüb dağlara qaçmadan əvvəl ona tərəf  baxdığını videoya çəkə bilib.

"Sadəcə bəxtim gətirdi. Ayı sadəcə qaçdı, ona görə də xilas oldum, amma ayı mənə hücum etsəydi, şansım olmazdı", - Fukuda deyib.

Yapon mediasına görə, hər iki ayının hündürlüyü təxminən bir yarım metr, çəkisi bir yarım tona qədərdir  və insan sürətini üstələyən sürətlə qaça bilirlər.

# 2343
avatar

Oxşar yazılar