Yardımlıda mal-qara oğurlayan şəxslər SAXLANILDI
29 aprel 2024 08:20 (UTC +04:00)

Yardımlıda mal-qara oğurlayan şəxslər SAXLANILDI

Yardımlı rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat veriblər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

# 2382
avatar

Oxşar yazılar