Dəmir yolundan 67 min manatlıq dəmir konstruksiyalar oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Həmin şəxslər - əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.