Flora Kərimova və Afət Fərmanqızı
11 mart 2022 10:15 (UTC +04:00)

Flora Kərimova və Afət Fərmanqızı

Afət Fərmanqızı da Flora Kərimovanı məhkəməyə verdi

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanı məhkəməyə verib.

Bu barədə Lent.az-a sənətçinin özü məlumat verib. 

O qeyd edib ki, sənətçi bu barədə xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə şikayət edib.

A.Fərmanqızı şikayətə səbəb olaraq Flora Kərimovanın onun şərəf və ləyaqətini alçaltmasını, ictimai nüfuzuna zərər vurmasınlı, həmçinin təhqir olunmasını göstərib.

Müğənni həmçinin onun barəsində yanlış məlumat yayan iki xəbər saytını da məhkəməyə verib.  

Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Flora Kərimovanın da Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verməsi barədə xəbər vermişdik. 

# 3804
avatar

Mehman Nəbiyev

Oxşar yazılar