Ağcabədidə bacısını qətlə yetirən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, qızın qardaşı, 18 yaşlı Tahir Mamedovu saxlayaraq istintaqa təhvil veriblər.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.