Niyə heyvanlar insanlardan əvvəl bədbəxtliyi hiss edirlər?
05 sentyabr 2025 16:10 (UTC +04:00)

Niyə heyvanlar insanlardan əvvəl bədbəxtliyi hiss edirlər?

0

Qədim zamanlardan bəri heyvanlara görünməyəni görmək qabiliyyəti aid edilirdi. Müxtəlif mədəniyyətlərdə onları bədbəxtliyi və ya şərin yaxınlaşmasını hiss edən qoruyucular hesab edirdilər.

Lent.az heyvanlarla bağlı bu məlumatları təqdim edir:

Niyə heyvanlar insanlardan əvvəl bədbəxtliyi hiss edirlər?

İnsanları həmişə təəccübləndirən məqam odur ki, heyvanlar təbii fəlakətlər və ya təhlükələrdən əvvəl qeyri-adi davranış nümayiş etdirirlər. Zəlzələ ərəfəsində itlər ulayır, pişiklər gizlənmək üçün yerlər axtarır, quşlar qəfil susur və ya əksinə gurultulu səs-küy salırlar. Elə bil ki, onların xüsusi bir istedadı var. Bəs bu sehrdirmi, yoxsa elmi əsaslı hadisədir?

Əcdadlarımızın sehrli dünyagörüşü

İtlər və pişiklər evin qaranlıq qüvvələrdən qoruyucuları hesab olunurdu.

Quşlar bir çox ənənələrdə dəyişikliklərin müjdəçiləri sayılırdı.

Atlar isə dünyalar arasında bələdçi simvolu idi. Sehrə görə, heyvanlar təbiətə daha yaxın olduqları üçün, onların ruhu insan qayğıları ilə yüklənmir və bu səbəbdən kainatın siqnallarını daha incə hiss edirlər.

Alimlərin dedikləri

Araşdırmalar sübut edir ki, heyvanlarda insanlarda olmayan sensor qabiliyyətlər var:

Onlar zəlzələdən əvvəl yerin aşağı tezlikli titrəyişlərini eşidirlər. Maqnit sahəsindəki dəyişiklikləri hiss edirlər. İnsanlarda stress və ya qorxu zamanı baş verən hormonal dəyişikliklərin qoxularını ayırd edə bilirlər. Onlar onlarla kilometr uzaqda olan ildırımı eşidə bilirlər. Bizim “mistika” adlandırdığımız şey əslində onların son dərəcə həssas görmə, eşitmə və qoxu orqanlarının nəticəsidir.

Elm və sehrin qovuşduğu məqam

Elmi izahı bilsək də, heyvanların davranışı hələ də bizi heyrətləndirir. Əcdadlarımızın möcüzə hesab etdiklərini müasir alimlər unikal sensor reaksiyalar kimi izah edirlər. Amma mahiyyət dəyişmir heyvanlar təbiətin dilini bizdən daha yaxşı “oxuyurlar”.

Bəs həqiqətənmi heyvanlarda gələcəyi görmək üçün sehrli bir istedad var?
Bəli, amma onların “sehir” adlandırılan xüsusiyyəti əslində tamamilə realdır bu, insanlarda olmayan təbii həssaslıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar