Leysan yağır, şimşək çaxır - GÜNÜN HAVASI
05 sentyabr 2025 19:18 (UTC +04:00)

Leysan yağır, şimşək çaxır - GÜNÜN HAVASI

0

Bəzi rayonlara leysan yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 5-i saat 19:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

Yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar